“Ağstafa” elektrik yarımstansiyasının yenidənqurmadan sonra açılışı olub – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

“Ağstafa” elektrik yarımstansiyasının yenidənqurmadan sonra açılışı olub – FOTO

11:09 - 04 / 03 / 2020
“Ağstafa” elektrik yarımstansiyasının yenidənqurmadan sonra açılışı olub – FOTO

Martın 4-də 110/35/10 kilovoltluq “Ağstafa” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiya haqqında məlumat verdi.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Sonda xatirə şəkli çəkdirildi.

S.Xankişiyeva

 

Paylaş:
483

Son xəbərlər

Bütün xəbərlər