ÜST mövsümi zökəmlə koronavirus arasında fərqlərdən danışıb – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

ÜST mövsümi zökəmlə koronavirus arasında fərqlərdən danışıb – VİDEO

10:17 - 05 / 03 / 2020
ÜST mövsümi zökəmlə koronavirus arasında fərqlərdən danışıb – VİDEO

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada yayılan koronavirus Covid-19 və mövsümi zökəm arasında fərqləri açıqlayıb.

Yaxın günlərdə ÜST rəhbəri Tedros Qebreyesus brifinq zamanı bunları sadalayıb. Çıxışın mətni qurumun saytında yer alıb.

Mövsümi qrip və yeni koronavirus insandan insana hava-damcı yolu ilə keçir. Lakin sevindirici haldır ki, Covid-19 virusu insana mövsümi zökəm kimi asan keçmir.

“Əldə edilmiş məlumatlara əsasən, heç bir simptomları bilinməyən qrip virusunun daşıyıcıları koronovirusa nisbətən daha təhlükəlidir”.

ÜST-ün Covid-19 virusu ilə bağlı narahatlığı ondadır ki, insanların yeni virusa qarşı immunitetləri olmamasında, həmçinin hələlik infeksiyanın müalicə üsulu olmamasındadır. Lakin koronavirusun mövsümi qriplə müqayisədə ağırlaşmaları daha çox olur.

ÜST rəsmisi bildirib ki, Covid-19 virsusundan ölənlər mövüsmi qriplə müqayisədə 2,4%-dən artıqdır:

“Bütün dünyada rəsmi olaraq koronavirusa yoluxanların təxminən 3,4% öllə nəticələnib. Müqayisə üçün: mövsümi qripdən vəfat edənlərdən 1%-dən aşağıdır”.

Bununla yanaşı o qeyd edib ki, mövsümi zökəm halında mütəxəssislər xəstəliyin tutulmasına nəzarət etməsə də, koronavirusun qarşısını almaq üçün hər cür səy göstərirlər.

Qebreyesus əsas vəzifə kimi dünyada bütün tibbi heyət üçün lazımi qorunma təmin etməyi qeyd edib, belə ki, həmin şəxslər sağlamlıq və həyatlarını risk altına alaraq xəstələrlə daha yaxından təmasda olurlar. Bununla əlaqdar olaraq tibbi ləvazimatların – maska, əlçək, eynək və s. çatışmazlığını da vurğulayıb:

“Bu epidemiya sadəcə ÜST-ün və ya hansısa qurumun səyləri ilə qarşısı alına bilməz. Vəziyyət bütün ölkələrin tibb mütəxəssislərini qorumaq qabiliyyətini təmin etmək üçün birliyimizi tələb edir”.

Martın 4-nə olan məlumatlara əsasən, koronavirusa Covid-19 dünyada 93 158 nəfər insan yoluxub. Onlardan 3 198 nəfəri vəfat edib. 50 690 nəfər isə xəstəlikdən sağalıb. Ən çox epidemiyanın mərkəzi – Çində bu günə qədər 80 270 nəfər infeksiyaya yoluxub.

Hazırda Azərbaycanda 3 nəfərin virusa yoluxma halı qeyd olunub. İlk vəziyyət fevralın 28-də qeydə alınıb. Həmin gün karantinə alınanların sayı 224 nəfər təşkil edir.

Ölkədə infeksiyanın yayılmasının qarşısını almaq və profilaktik tədbirlər görülür. Xüsusilə, məktəblər, uşaq baxçaları, ümumi nəqliyyat vasitələri, aeroport ərazisi dezinfeksiya olunur. Martın 9-na qədər ölkə üzrə təhsil müəssisələrində dərslər müvəqqəti dayandırılıb, 9-cu siniflərin buraxılış imtahanı təxirə salınıb.

Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Həmçinin Qaynar Xətt də fəaliyyət göstərir: +994 (12) 492 41 61, +994 (12) 492 75 54, +994 (12) 505 03 30, + 994 (12) 505 13 33.

Həmçinin Azərbaycanda epidimioloji vəziyyətlə bağlı sualı olan vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edə bilər. Agentliyin çağrı mərkəzi fasiləsiz olaraq çalışır. Çağrı mərkəzinin nömrəsi 1542.

Bununla yanaşı, ÜST insanlar arasında təlaşa səbəb ola biləcək yalan məlumatların yayılmaması üçün rəsmi mənbələri izləməyə çağırıb. Təşkilatın saytında virusla bağlı sizləri narahat edən bütün suallar, infeksiyadan qorunma üsulları öz əksini tapıb.

Özünüzdən müğayat olun və sağlamlığınızı qoruyun!

Səyahət zamanı koronavirusdan necə qorunmalı: bunu hər kəs bilməlidir – FOTO – VİDEO

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah fəaliyyətə başladı

“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
5572

Son xəbərlər

Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26
Bütün xəbərlər