Azərbaycan koronavirusla mübarizəyə 5 milyon dollar yardım ayırdı | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan koronavirusla mübarizəyə 5 milyon dollar yardım ayırdı

16:05 - 06 / 03 / 2020
Azərbaycan koronavirusla mübarizəyə 5 milyon dollar yardım ayırdı

Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında  uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur.

Bu barədə 1news.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Azərbaycan Respublikası Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

Azərbaycan Respublikası ÜST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. ÜST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur.

Azərbaycan Respublikasının ÜST ilə səmərəli əməkdaşlığı davam edir və 2020-ci il martın 8-də ÜST ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək.

S.Xankişiyeva

 

 

 

Paylaş:
871

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər