Bakıda taksilər dezinfeksiya olunur – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda taksilər dezinfeksiya olunur – FOTO

16:43 - 06 / 03 / 2020
Bakıda taksilər dezinfeksiya olunur – FOTO

Paytaxtın ictimai nəqliyyat sektorunda əksepidemik tədbirlər davam edir. Bu çərçivədə müntəzəm marşrut xətt avtobusları ilə yanaşı taksi minik avtomobilləri də dezinfeksiya olunur.

1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məktub ünvanlanıb.

Diqqətə çatdırılıb ki, koronovirus (COVİD-19) xəstəliyinin ölkəmizdə yayılmasının qarşısının alınması üçün taksi minik avtomobillərinin də dezinfeksiyası zəruridir.

Növbəti dezinfeksiya tədbiri “Salam Taksi” şirkətində təşkil olunub. Dezinfeksiya zamanı taksi minik avtomobillərinin salono, yük hissəsi və xarici hissələri xüsusi dərman məhlulları ilə təmizlənib.

S.Xankişiyeva

Paylaş:
1157

Son xəbərlər

Bütün xəbərlər