Bank Respublika regionlarda qadın sahibkarlarla görüşlər keçirdi - FOTO
Ölkəmizdə sahibkarlığın inkişafına böyük önəm verən “Bank Respublika”nın təşəbbüsü ilə, regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıqla məşğul olan qadınlarla görüşlər keçirilib.
Respublikamızın müxtəlif regionlarında işgüzar formada təşkil olunmuş görüşlərdə 100-a yaxın qadın sahibkar iştirak edib.
İştirakçılar arasında səmimi mühitdə keçirilən tədbirdə xanım iş adamları bank məhsul və xidmətləri ilə bağlı istəklərini bank təmsilçilərinə çatdırıblar. Biznes layihələrinin maliyyələşdirilməsi, kiçik və orta sahibkarlıq fəaliyyətinin daha effektiv qurulması üçün müəyyən təkliflər irəli sürüblər.
Görüşlərdə çıxış edən bank nümayəndələri ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafının “Bank Respublika”nın həyata keçirdiyi strategiyanın prioritet istiqamətu olduğunu vurğulayıblar. Qeyd olunub ki, Azərbaycanda qadınlar digər sahələrdə olduğu kimi sahibkarlığın inkişafında da mühüm rol oynayır və onların iqtisadi təşəbbüskarlığının artması, mikro, kiçik və orta biznesdə geniş təmsil olunması, məşğulluğun təmin olunması baxımından əhəmiyyətlidir.
Daha sonra tədbirdə sahibkarları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb.
Tədbirin sonunda Bankın əməkdaşları qadın sahibkarları qarşıdan gələn “8 mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edib onlara hədiyyələr təqdim edib.
Bankdan verilən məlumata əsasən, Bank bundan sonra da sahibkarlarla işguzar mühitdə görüşlərə davam edəcək və onların inkişafı üçün dəstək olacaq layihələr həyata keçirəcək.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Reklam hüququnda