DSX: Ermənistan sərhəddə təxribat törədib, düşmən cavab atəşi ilə susdurulub | 1news.az | Xəbərlər
Siyasət

DSX: Ermənistan sərhəddə təxribat törədib, düşmən cavab atəşi ilə susdurulub

11:50 - 06 / 03 / 2020
DSX: Ermənistan sərhəddə təxribat törədib, düşmən cavab atəşi ilə susdurulub

Bu gün Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversiya keçirməsi və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 1 nəfər hərbi qulluqçusunun yaralanması barədə məlumatlar yayılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən 1news.az-a bildirilib ki, DSX-nin hərbi qulluqçuları tərəfindən diversiya keçiril­məsi barədə məlumat həqiqətə uyğun deyildir və reallığı əks etdirmir.

"Mart ayının 6-da səhər saatlarından başlamaqla Qazax rayonunun Cəfərli kəndləri istiqamətindəki sərhəd döyüş məntəqələrimiz Ermənistanın İcevan rayonunun Sevkar və Sarıquyuq kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfin­dən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub", DSX-dan bildirilib.

S.Xankişiyeva

 

Paylaş:
769

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər