I sinfə qəbulun elektron qeydiyyatı başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

I sinfə qəbulun elektron qeydiyyatı başlayır

09:11 - 10 / 03 / 2020
I sinfə qəbulun elektron qeydiyyatı başlayır

Bu gün 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün elektron qeydiyyat aparılacaq.

1news.az-ın məlumatına görə, saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır.

Martın 13-ü, saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər.

Xatırladaq ki, elektron qeydiyyat www.mektebeqebul.edu.az sistemi vasitəsilə həyata keçirilir.

Qafar Ağayev

Paylaş:
605

Son xəbərlər

Bütün xəbərlər