Neft yenidən bahalaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neft yenidən bahalaşıb

09:34 - 10 / 03 / 2020
Neft yenidən bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 6,87% artaraq 1 barelə görə 36,72 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 6,30% artaraq 33,09 dollar təşkil edib.

Xatırladaq ki, dünya birjalarında neftin qiyməti martın 6-da OPEK+-ə üzv ölkələrin danışıqlarından sonra kəskin ucuzlaşmağa başlayıb. Görüşdən sonra Səudiyyə Ərəbistanı hasilatın həcminin gündəlik 10-12 milyon barrelə yüksəltmək və öz neftinin qiymətini aşağı salmaq niyyəti barədə bildirib. Belə olan halda neftin qiyməti 20 dollara düşə bilər.

JP Morgan analitiklərinin məlumatına əsasən, dünya birjalarında neftin qiyməti hələ fevraldan enməyə başlayıb. Çində koronavirusa görə neftə tələbat gündəlik 4 milyon barrel ixtisar təşkil edib.

S.Xankişiyeva

 

Paylaş:
981

Son xəbərlər

Bütün xəbərlər