YAP-ın Milli Məclisin sədri və sədrin birinci müavini vəzifələrinə namizədləri müəyyənləşdi | 1news.az | Xəbərlər
Siyasət

YAP-ın Milli Məclisin sədri və sədrin birinci müavini vəzifələrinə namizədləri müəyyənləşdi

09:40 - 10 / 03 / 2020
YAP-ın Milli Məclisin sədri və sədrin birinci müavini vəzifələrinə namizədləri müəyyənləşdi

Yeni Azərbaycan Partiyasının İdarə heyətinin iclası yekunlaşıb.

1news.az-ın məlumatına görə, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə isə Əli Hüseynlinin namizədliyi müəyyən edilib.

Xatırladaq ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. Nəticələrə əsasən, 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.

Qafar Ağayev

Paylaş:
1095

Son xəbərlər

Bütün xəbərlər