Bestcomp Group xaricdə Dünya Bankının tenderlərinin qalıbi oldu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bestcomp Group xaricdə Dünya Bankının tenderlərinin qalıbi oldu

16:30 - 11 / 03 / 2020
Bestcomp Group xaricdə Dünya Bankının tenderlərinin qalıbi oldu

Azərbaycanın aparıcı İT şirkəti Bestcomp Group Tacikistan Maliyyə Nazirliyi üçün “Dövlət Maliyyə İdarəetmənin Müasirləşdirilməsi layihəsi II” çərçivəsində Dünya Bankının keçirdiyi, toplam dəyəri 4.59 milyon ABŞ dolları olan, data mərkəzin yaradılması və müvafiq İT infrastrukturun quraşdırılması tenderlərinin qalibi olub.

Şərtlərə görə məlumat mərkəzi Uptime İnstitute TİER III tələblərinə cavab verməlidir. Tacikistan Maliyyə Nazirliyi ilə Bestcomp Group arasında müvafiq müqavilələr mart ayında imzalanmışdır. BestComp Group şirkətinin Müşahidə Şurasının sədri Rauf Həsənov bu hadisəni Azərbaycan İKT sektoru üçün əlamətdar hadisə adlandırmışdır. O bildirmişdir ki, son illər Azərbaycanda həyata keçirilən böyük İKT, infrastruktur, rəqəmsal transformasiya layihələri yerli şirkətlərin regional səviyyəsində güclənməsinə, xarici ölkələrdə uğurla fəaliyyət göstərməsinə zəmin yaratmışdır. Daha sonra R. Həsənov demişdir:

“Son illər Bestcomp Group data mərkəzlərin, İKT təhlükəsizlik sistemlərinin qurulması, müəssisələrin idarəetməsinin, əməliyyat proseslərinin avtomatlaşdırılması sahəsində böyük nailiyyətlər əldə etmişdir. Bestcomp Groupda yüzlərlə yüksək ixtisaslı, dünyanın aparıcı şirkətləri tərəfindən sertifikatlaşmış mütəxəssislər çalışır. Şirkətimiz Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (AZİNTELKOM), Paşa Holdinqin Uptime İnstitut Tier III sertifikatlı data mərkəzlərinin qurulması layihələrində uğurla iştirak edir. Məhz son illərdə əldə edilən yeni biliklər, təcrübə və peşəkar yanaşma bizə Dünya Bankı tərəfindən Tacikistan Maliyyə Nazirliyi üçün keçirilən tenderlərin qalibi olmaqda əsas rol oynamışdır. Bizim bu uğur Azərbaycandan İKT sahəsində bacarıqların, biliklərin, təcrübənin ixracı deməkdir.”

Bestcomp Group şirkətlər qrupu Zaqafqaziya və Mərkəzi Asiya regionunda Lenovo, HP Inc., Hewlett Packard Enterprise, Acer, Microsoft, CISCO, Juniper, Fortinet, Eaton, APC by Schneider Electric, Schneider Electric, Eltek, Benning, Radware, Microfocus, Manage Engine, Panduit, Tripp Lite, Artronic, Uniview, Apacer, Kindermann, HID, Monacor, Qualys, Radiflow kimi dünyanın bir çox aparıcı istehsalçılarının Value Added distribütoru, İKT sistem inteqrasiyası sahəsində tərəfdaşı olaraq, sifarişçilərə fəaliyyət göstərdikləri ölkələrdə peşəkar konsaltinq, texniki və layihə dəstəyi xidmətləri təqdim edir.

Reklam hüququnda

 

Paylaş:
863

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər