Azərbaycanda növbəti “cinçıxarma” əməliyyatı – VİDEO

Sosial şəbəkələrdə Azərbaycanda “cinçıxarma” ilə bağlı növbəti video yayılıb.
Görüntülərdə özünü “cinçıxaran” kimi qələmə verən şəxs qadının içindəki “cin”lə söhbət edir. Sonda məlum olur ki, bu işdə qadının bibisi günahkar olub.
Qeyd edək ki, belə hadisələr son zamanlar dəfələrlə təkrarlanır. Məsələ ilə bağlı “Məşədi Dadaş” məscidinin imamı, tanınmış teoloq Hacı Şahin Həsənli 1news.az-a bildirib ki, “cinçıxarma” ilə məşğul olanlar insanların dini cəhətdən savadsızlığından istifadə edir:
“İslamda “cinçıxarma” anlayışı yoxdur. İnsanlar daha çox həkimlərə, peşəkar mütəxxəsislərə müraciət etsə, yaxşı olar. Bəli, xəstənin sağalması, xəstəliyin ondan uzaqlaşması üçün dua etmək vacibdir və lazımdır. Lakin “cinçıxarma” kimi mərasimlər cəhalət, xürafatdan başqa bir şey deyil. Belə çıxır ki, insanlar çinə Allahdan daha çox inanır. Bu cür mərasimin İslama heç bir aidiyyatı yoxdur”.
S.Xankişiyeva