Ermənilər Naxçıvandakı mövqelərimizi atəşə tutub – SON DƏQİQƏ | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər Naxçıvandakı mövqelərimizi atəşə tutub – SON DƏQİQƏ

16:54 - 12 / 03 / 2020
Ermənilər Naxçıvandakı mövqelərimizi atəşə tutub – SON DƏQİQƏ

Martın 12-i səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozub.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əsasən düşmənin Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qalıb.

Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti tərəfindən qətiyyətli cavab tədbirləri görülür və atəşkəs rejiminin pozulmasının fəsadları araşdırılır.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

S.Xankişiyeva

 

Paylaş:
790

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər