Qərargah: İaşə obyektlərində qəlyandan istifadə qadağan edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qərargah: İaşə obyektlərində qəlyandan istifadə qadağan edilib

18:59 - 12 / 03 / 2020
Qərargah: İaşə obyektlərində qəlyandan istifadə qadağan edilib

Mütəxəssislərlə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlarımıza müvəqqəti olaraq adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq tövsiyə edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, koronavirus (COVİD - 19) infeksiyasının tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq, ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan edilir.

1news.az

Paylaş:
953

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər