Ağdaş və Göyçayda yaşayış məntəqələrinin qazlaşdırılmasına 11,97 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Ağdaş və Göyçayda yaşayış məntəqələrinin qazlaşdırılmasına 11,97 milyon manat ayrılıb

11:56 - 12 / 03 / 2020
Ağdaş və Göyçayda yaşayış məntəqələrinin qazlaşdırılmasına 11,97 milyon manat ayrılıb

Prezident İlham Əliyev Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamla Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon (on bir milyon doqquz yüz yetmiş min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

S.Xankişiyeva

 

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər