Türk əsgərindən ibrətamiz addım - çörəyini suriyalılarla bölüşür - FOTO

Xidmət etdiyi bölgələrdə yüksək insani keyfiyyətləri ilə seçilən türk əsgəri “Barış pınarı” əməliyyatının həyata keçirildiyi bölgədə də insanların qəlbində taxt qurub.
1news.az xəbər verir ki, Türk Silahlı Qüvvələri “Barış pınarı” bölgəsindəki Tel Abyadda onlar üçün səyyar sobalarda bişirilən çörəyi təhlükəsizliyini təmin etdikləri yerli əhali ilə də bölüşür.
Müharibədən zərər görən insanlara humanitar yardımlar göstərməklə bütün dünyaya nümunə olacaq davranışlar nümayiş etdirən türk ordusu, “Sülh çeşməsi əməliyyatı ilə terrordan təmizlənərək, dincliyin təmin olunduğu Tel Abyadda çörəklərini insanlarla bölüşməyə davam edir.
Əsgərlərin payladığı isti çörəklərə görə böyük sevinc hissi keçirən uşaqların türk əsgəri ilə hər görüşündə duyğulu anlar yaşanır.
Qafar Ağayev