ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı elan olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı elan olundu

17:33 - 13 / 03 / 2020
ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı elan olundu

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında imzalanan ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbula start verilir.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, Magistratura səviyyəsində təhsil iki il müddətində və ingilis dilində aparılacaq.

Sözügedən ikili diplom proqramı çərçivəsində təhsil almaq istəyənlər 15 aprel 2020-ci il tarixinədək müraciət etməlidirlər.

İkili diplom proqramı ilə bağlı əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz. 

Qafar Ağayev

Paylaş:
726

Son xəbərlər

Bütün xəbərlər