Ermənistanda koronavirusa yoluxanlarıın sayı 64 nəfərə çatıb | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda koronavirusa yoluxanlarıın sayı 64 nəfərə çatıb

16:53 - 17 / 03 / 2020
Ermənistanda koronavirusa yoluxanlarıın sayı 64 nəfərə çatıb

Ermənistanda martın 17-nə olan məlumata əsasən, daha 12 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan Facebook səhifəsində məlumat yayıb:

“Martın 17-si saat 12-yə olan məlumata əsasən, daha 12 koronavirusa yoluxma faktı qeydə alınıb”.

Beləliklə, bununla da ölkədə virusa yoluxanların sayı 64-ə çatıb.

Xatırladaq ki, martın 16-dan Ermənistanda fövqəladə vəziyyət tətbiq olunub. Bu tədbir ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə həyata keçirirlib.

Fövqəladə vəziyyət martın 16-sı, saat 18:30-dan aprelin 14-ü saat 09:00-a qədər tətbiq edilib. Burada ölkəyə giriş-çıxış, dövlət qurumlarının işi və kütləvi tədbirlər ilə əlaqəli bir sıra qadağalar və məhdudiyyətlər nəzərdə tutulur.

S.Xankişiyeva

 

 

Paylaş:
723

Son xəbərlər

Bütün xəbərlər