Azərbaycanda koronavirusa daha 3 yoluxma faktı qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusa daha 3 yoluxma faktı qeydə alınıb

11:42 - 17 / 03 / 2020
Azərbaycanda koronavirusa daha 3 yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında 3 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Qərargah koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşları Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırır.

Azərbaycanda virusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb. Həmin gün karantinə alınanların sayı 224 nəfər təşkil edir. Hətta ölkəmizdə də bu bəladan ilk ölüm hadisəsi də baş verdi. Hazırda Azərbaycanda koronovirusa yoluxanların sayı 25 nəfər təşkil edir.

Ölkədə infeksiyanın yayılmasının qarşısını almaq və profilaktik tədbirlər görülür. Xüsusilə, məktəblər, uşaq baxçaları, ümumi nəqliyyat vasitələri, aeroport ərazisi dezinfeksiya olunur. Martın 9-na qədər ölkə üzrə təhsil müəssisələrində dərslər müvəqqəti dayandırılıb, 9-cu siniflərin buraxılış imtahanı təxirə salınıb.

Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Həmçinin Qaynar Xətt də fəaliyyət göstərir: +994 (12) 492 41 61, +994 (12) 492 75 54, +994 (12) 505 03 30, + 994 (12) 505 13 33.

Həmçinin Azərbaycanda epidimioloji vəziyyətlə bağlı sualı olan vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edə bilər. Agentliyin çağrı mərkəzi fasiləsiz olaraq çalışır. Çağrı mərkəzinin nömrəsi 1542.

Bununla yanaşı, ÜST insanlar arasında təlaşa səbəb ola biləcək yalan məlumatların yayılmaması üçün rəsmi mənbələri izləməyə çağırıb. Təşkilatın saytında virusla bağlı sizləri narahat edən bütün suallar, infeksiyadan qorunma üsulları öz əksini tapıb.

Özünüzdən müğayat olun və sağlamlığınızı qoruyun!

Azərbaycanın İstanbuldakı baş konsulu: Demək olar ki, bütün konsulluq əməkdaşları mənimlə birlikdə aeroportdadırlar

Qərargah: İaşə obyektlərində qəlyandan istifadə qadağan edilib

Azərbaycanın İranla sərhədinin bağlanması müddəti iki həftəlik uzadıldı – RƏSMİ

Türkiyə də koronavirusa yoluxan ölkələr sırasına qoşuldu  

ÜST bu günə olan statistikanı açıqlayıb: koronavirusa yoluxanların sayı durmadan artır – XƏRİTƏ

Azərbaycanın daha iki vətəndaşında koronavirus aşkarlandı

Səyahət zamanı koronavirusdan necə qorunmalı: bunu hər kəs bilməlidir – FOTO – VİDEO

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah fəaliyyətə başladı

“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO

S.Xankişiyeva

 

 

Paylaş:
889

Son xəbərlər

Bütün xəbərlər