UEFA Millətlər Liqasını təxirə salır | 1news.az | Xəbərlər
Futbol

UEFA Millətlər Liqasını təxirə salır

13:07 - 17 / 03 / 2020
UEFA Millətlər Liqasını təxirə salır

UEFA Millətlər Liqasının payızda start götürməsi nəzərdə tutulan 2020/21 mövsümünün koronavirus pandemiyası səbəbindən təxirə salınması gündəmə gəlib.

1news.az sport24.az-a istinadən xəbər verir ki, qitə futbol qurumu bu ilin sentyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulan qrup mərhələsinin matçlarını gələn il təşkil etməyi planlaşdırır.

UEFA eyni zamanda 2020-ci ildə milli komandalar arasında yoldaşlıq görüşlərinin keçirilməməsi variantını da nəzərdən keçirir. Bunda məqsəd klub turnirlərini - Çempionlar Liqası və Avropa Liqasını tamamlamaq üçün təqvimdə boş yer açmaqdı. Bu rəsmiləşərsə, növbəti ilin yazına qədər təqvimdə beynəlxalq fasilə olmayacaq.

Məsələ UEFA-nın bu gün keçiriləcək videomüşavirəsi zamanı müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasında Monteneqro, Kipr və Lüksemburqla birlikdə C liqasının I qrupunda qərarlaşıb.

1news.az

Paylaş:
613

Son xəbərlər

Bütün xəbərlər