ÜST COVİD-19-la bağlı göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib | 1news.az | Xəbərlər
Cəmiyyət

ÜST COVİD-19-la bağlı göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib

17:14 - 18 / 03 / 2020
ÜST COVİD-19-la bağlı göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məsləhətçisi qismində Azərbaycana səfər etmiş professor Önder Ergönülün HaberTurk telekanalına müsahibəsi zamanı verdiyi açıqlama ilə bağlı bildiririk ki, orada verilən açıqlamalar onun şəxsi fikirləridir və ÜST-nin rəsmi mövqeyini əks etdirmir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının bəyanatında yer alıb.

Bəyanatda qeyd olunur ki, ÜST-nin mandatı hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf üçün sahələri müəyyənləşdirmək, COVİD-19 təhlükəsinə qarşı cavab tədbirlərinin gücləndirilməsinə dəstək göstərməkdir.

“ÜST-nin Azərbaycandakı Ölkə Ofisi regional ofis və baş qərargahla sıx təmasda olmaqla hökümətlə kliniki idarəetmə, infeksiyaların qarşısının alınması və nəzarət, eləcə də risk kommunikasiyası kimi önəmli sahələrdə əməkdaşlıq edir.

Fürsətdən istifadə edərək, Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirir”.

S.Xankişiyeva

 

 

 

Paylaş:
404

Son xəbərlər

Bütün xəbərlər