Məşhur cütlük koronavirusla mübarizəyə 1 milyon bağışladı
Məşhur amerikalı aktrisa Bleyk Layvli və kanadalı aktyor Rayan Reynolds nümunəvi addım atıb.
1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, tanınmış cütlük koronavirus (COVİD-19) epidemiyası səbəbi ilə qida və başqa ərzaq məhsullarına ehtiyacı olan şəxslərə yardım edib.
Uzun illərdir evli olan Layvli və Reynolds "Feeding America" və "Food Banks Canada" xeyriyyə fondlarına ümumilikdə 1 milyon dollar pul ayırıb.
Bu barədə instaqramda məlumat paylaşan iki məşhur sima xeyriyyə cəmiyyətlərinin bu cür yardımlara ehtiyaclarının olduğunu vurğulayıb.
1news.az
491