Azərbaycanda daha bir müəssisə tibbi spirt istehsalına başladı – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda daha bir müəssisə tibbi spirt istehsalına başladı – FOTO

15:08 - 19 / 03 / 2020
Azərbaycanda daha bir müəssisə tibbi spirt istehsalına başladı – FOTO

“CARÇIOGLU GROUP” MMC və Rusiyanın "Tatspirtprom” dövlət şirkətinin birgə əməkdaşlığı ilə yaradılan "RUS AZERİ SPİRİTS” zavodunda tibbi spirt istehsalına başlanıb.

Bu barədə 1news.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, artıq istehsal olunan məhsulun ilk partiyası – 25 min litrə yaxın tibbi spirt apteklərə yola salınıb.

Qeyd edək ki, Qusar rayonunda yerləşən müəssisə gündə 20-25 min litr tibbi sprit istehsal etmək gücünə malikdir. İstehsal tamamilə yerli xammala əsaslanır.

S.Xankişiyeva

Paylaş:
1225

Son xəbərlər

Bütün xəbərlər