Nigeriya vətəndaşı Bakıda kirayədə qaldığı evin sahibini döydü | 1news.az | Xəbərlər
Cəmiyyət

Nigeriya vətəndaşı Bakıda kirayədə qaldığı evin sahibini döydü

15:13 - 19 / 03 / 2020
Nigeriya vətəndaşı Bakıda kirayədə qaldığı evin sahibini döydü

Bakı sakini evində əcnəbi vətəndaş tərəfindən döyülüb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, hadisə paytaxtın Yasamal rayonu, Z. Kərimov küçəsi ev 199-da baş verib. Həmin evdə kirayədə yaşayan Nigeriya vətəndaşı, 1989-cu il təvəllüdlü Musa Mədu Palnam mənzili tərk etmək üçün əşyalarını yığarkən ev sahibi, 1984-cü il təvəllüdlü Röcvşən Sovet oğlu Nəsirli ilə aralarında mübahisə baş verib. Mübahisə nəticəsində Nigeriya vətəndaşı ev sahibini döyüb. R. Nəsirli burun sınığı ilə xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, Nigeriya vətəndaşı Musa Mədu Palnam Qərbi Xəzər Universitetində hazırlıq kursu keçmək üçün Azərbaycana gəlib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
445

Son xəbərlər

Bütün xəbərlər