Bakının bu qəsəbələrində su kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bu qəsəbələrində su kəsiləcək

15:28 - 19 / 03 / 2020
Bakının bu qəsəbələrində su kəsiləcək

Bakının iki qəsəbəsinə su verilməyəcək.

“Azərsu” ASC-dən 1news.az-a verilən məlumata görə, Bakı-Sumqayıt avtomobil yolunun Xırdalan dairəsi ərazisində genişləndirilməsi layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin yenilənməsi ilə əlaqədar 19 mart 2020-ci il tarixində gün ərzində Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyib.

1news.az

Paylaş:
469

Son xəbərlər

Bütün xəbərlər