Gürcüstanda fövqəladə vəziyyət elan olunur | 1news.az | Xəbərlər
Dünya

Gürcüstanda fövqəladə vəziyyət elan olunur

14:33 - 21 / 03 / 2020
Gürcüstanda fövqəladə vəziyyət elan olunur

Gürcüstanda koronavirusla bağlı fövqəladə vəziyyət elan olunur.

1news.az-ın RİA novosti-yə istinadla verdiyi xəbərə görə, bunu ölkənin baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib:

“Gürcüstan prezidentini bir ay müddətinə fövqəladə vəziyyət qəbul etməyə çağırırıq”, - deyə o, bildirib.

Qərar xəstəliklə bağlı idarələrarası koordinasiya qrupunun növbəti iclasının nəticələrindən sonra qəbul edildi. Gürcüstanda koronavirusa yoluxanların sayı 47 nəfərə çatır, bunların arasında bir nəfər sağalıb.

Prezident Salome Zurabişvili hökumətin qərarını təsdiqləməlidir.

Ümumdünya Səhiyyə təşkilatının martın 21-nə olan məlumata əsasən, yeni koronavirusa (COVID-19) yoluxanlar  275 434 nəfər təşkil edir, onlardan 11 402 nəfəri vəfat edib, 88 256 isə sağalıb.

Türkiyə də koronavirusa yoluxan ölkələr sırasına qoşuldu  

ÜST bu günə olan statistikanı açıqlayıb: koronavirusa yoluxanların sayı durmadan artır – XƏRİTƏ

Azərbaycanın daha iki vətəndaşında koronavirus aşkarlandı

Səyahət zamanı koronavirusdan necə qorunmalı: bunu hər kəs bilməlidir – FOTO – VİDEO

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah fəaliyyətə başladı

“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO

S.Xankişiyeva

 

 

 

Paylaş:
658

Son xəbərlər

Bütün xəbərlər