“Atəşgah” Sığorta Qrupu COVİD-19 virusu ilə mübarizəyə maliyyə dəstəyi ayırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Atəşgah” Sığorta Qrupu COVİD-19 virusu ilə mübarizəyə maliyyə dəstəyi ayırıb

16:20 - 21 / 03 / 2020
“Atəşgah” Sığorta Qrupu COVİD-19 virusu ilə mübarizəyə maliyyə dəstəyi ayırıb

Hər zaman yüksək etibarlılıq, sabitlik və biznesdə şəffavlığı əsas tutaraq fəaliyyət göstərən “Atəşgah” Sığorta Qrupunun sosial məsuliyyət olaraq missiyası Azərbaycanın mədəni irsinin qorunub saxlanılması, ölkəmizin firavan və ekoloji təmiz gələcəyi naminə çalışmaqdır.

23 ildir ki, Azərbaycanın sığorta sektorunda olan “Atəşgah” SQ missiyasına və vizyonuna uyğun olaraq dövlətimizin təşkil etdiyi tədbirlərə dəstək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fonduna” maliyyə yardımına qoşulmağa qərar vermişdir.

Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsini nəzərə alaraq, ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədi ilə “Atəşgah” Sığorta Qrupu sosial həmrəylik nümayiş etdirmiş və virusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə öz mənfəəti hesabına 100 000 AZN məbləğində maliyyə vəsaiti ayırmışdır.

Ətraf mühitin mühafizəsi üzrə bir sıra layihələr həyata keçirən “Atəşgah” SQ bu dəfə korporativ sosial məsuliyyəti və dövlət vətəndaş birliyini öndə tutaraq, Respublikamızda yarana biləcək sosial böhranın qarşısının alınması üçün atdığı bu addımın, digər maliyyə qurumlarının virusla mübarizədə dəstəklərinə təkan yaradacığına inanır.

Yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

Paylaş:
1145

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər