“Mərcan” brendi alıcıları davamlı və fasiləsiz olaraq çeşidləri ilə təmin etməyə söz verir – FOTO

Son həftələr bir çox ölkələri narahat edən koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi müşahidə olunur. Yeni infeksiyanın, eyni zamanda, qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına mənfi təsirləri də artmaqdadır.
Ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması təmin edilmişdir. Həyata keçirilən bütün bu tədbirlər təbii olaraq ölkədə işgüzar fəallığı zəiflədə və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərə bilər.
Bu səbəbdən “Mərcan” quş əti istehsalçısı olan Azerbaijan Poultry Company tam səfərbər olaraq xüsusi rejimdə işləməyə başlayıb. Dünən şirkətin quş emalı müəsəssində ciddi dezinfeksiya işləri aparılıb. Hər zaman sanitar-gigiyena qaydalarına ciddi riayət edən “Mərcan” məhsulları istehsalçısı Covid 19 təhlükəsini nəzərə alaraq əməkdaşlarının sağlamlığına və istehsal etdiyi məhsulların yüksək kefiyyət məsələlərinə xüsusi həssaslıqla yanaşır və diqqət edir.
Bundan başqa sakinlər arasında yaranmış ərzaq məhsulları defisiti narahatlığına cavab olaraq : “Bizim məhsulları istənilən vaxt, istənilən miqdarda mağazalarımızın marketlərindən tapa bilərlərsiniz. “Mərcan” brendinin çeşidləri ilə alıcılarımızı davamlı və fasiləsiz olaraq təmin etməyə söz veririk.” – deyə şirkətin PR və Kommunikasiyalar meneceri Günay Əkbər bildirib.
Reklam hüququnda