Sosial layihələr icra edən şirkətlərdən koronavirusla mübarizəyə dəstək
Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə kompleks və məqsədyönlü tədbirlər həyata keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən 1news.az-a verilən məlumata görə, bu sahədə aparılan işlərə “AzNest”, “Avalon 12”, “Lotus Co” və “Aqrikon” şirkətləri də qoşularaq öz dəstəklərini ifadə ediblər.
Həssas qruplardan olan vətəndaşların sosial dəstəklə təminatına yönələn layihələrdə uğurlu iştirakı ilə seçilən şirkətlər pandemiya ilə mübarizə kimi ümummilli məsələnin həllində də dövlətin yanında olduqlarını nümayiş etdiriblər.
Bu dörd şirkət dövlətimizin başçısının Fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna hər biri 25 min manat olmaqla, ümumilikdə, 100 min manat vəsait ayırıblar.
S.Xankişiyeva