XİN Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215 min manat ianə edib | 1news.az | Xəbərlər
Siyasət

XİN Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215 min manat ianə edib

11:17 - 22 / 03 / 2020
XİN Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215 min manat ianə edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi dövlət başçısının 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215.000 AZN məbləğində ianə ayrılmasına dair qərar qəbul edib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə XİN-in Mətbuat Xidməti İdarəsinin məlumat yayıb.

S.Xankişiyeva

 

 

Paylaş:
651

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər