“ASTIKO B MMC” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat köçürdü
“ASTIKO B MMC” tikinti şirkəti koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.
1news.az xəbər verir ki, şirkət Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində maliyyə yardımı ilə dəstək göstərib.
Maliyyə yardımının ayrılmasında məqsəd koronavirus (COVİD-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, ciddi preventiv tədbirlər həyata keçirilməsinə və pandemiyanın dövlətimizin biznes və iqtisadiyyatının bir çox sahələrinə vurduğu ziyanlı təsiri qismən də olsa azaltmağa dəstək olmaqdır.
Eyni zamanda, “ASTIKO B MMC” tikinti şirkəti bütün şirkətlərə “COVİD 19” virusu ilə mübarizə üçün kiçik də olsa, maliyyə yardımı göstərməyə və bu bəladan xilas olmaq üçün dövlətə dəstək olmağa çağırış edib.
Reklam hüququnda