AZAL Moskva və Londondan 151 soydaşımızı vətənə qaytarıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL Moskva və Londondan 151 soydaşımızı vətənə qaytarıb

14:43 - 25 / 03 / 2020
AZAL Moskva və Londondan 151 soydaşımızı vətənə qaytarıb

“Azərbaycan Hava Yolları” aviaşirkəti bəzi şəhərlərdən reyslər yerinə yetirməyə davam edir.

Qurumun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, martın 25-nə keçən gecə AZAL Moskva və Londondan iki reys yerinə yetirərək 151 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.

Bir daha xatırladırıq ki, ölkəyə qayıdan hər bir vətəndaş tibbi müayinədən keçir və karantinə yerləşdirilir. Vətəndaşların ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.

1news.az

Paylaş:
855

Son xəbərlər

Bütün xəbərlər