Koronaviruslu azərbaycanlı qadın dünyaya sağlam körpə gətirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronaviruslu azərbaycanlı qadın dünyaya sağlam körpə gətirdi

17:29 - 25 / 03 / 2020
Koronaviruslu azərbaycanlı qadın dünyaya sağlam körpə gətirdi

Qərbi Azərbaycan Əyalətinin Poldəşt şəhərində koronavirusa yoluxmuş qadın sağlam körpə dünyaya gətirib.

1news.az qaynarinfo-ya istinadla bildirir ki, bu barədə Poldəşt Səhiyyə İdarəsinin rəisi Aydın Rəhimzadə Cahandari "Araz səsi" saytına məlumat verib.

"Martın 23-də Poldəştin İmam Xəstəxanasında koronavirusa yoluxmuş bir ana sağlam uşaq dünyaya gətirib. Qadın xəstə olduğu üçün həkimlər və tibb bacıları ona xüsusi diqqət yetirib. Müayinə zamanı yeni doğulmuş uşaqda koronavirusa rast gəlinməyib."- deyə o bildirib.

Yeni doğulan körpənin ailəsinə təhvil verdiyini bildirən Aydın Rəhimzadə Cahandar koronavirus daşıyıcısı olan ananın müalicə almaq üçün Xoy şəhərinə göndərildiyini qeyd edib.

Poldəşt Səhiyyə İdarəsinin rəisi hal-hazırda Poldəşt şəhərində 3 nəfərin koronavirusa yoluxduğunu diqqətə çatdırıb.

1news.az

Paylaş:
485

Son xəbərlər

Bütün xəbərlər