Nazirlər Kabinetindən qeyri-iş günləri ilə bağlı mühüm QƏRAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlər Kabinetindən qeyri-iş günləri ilə bağlı mühüm QƏRAR

18:23 - 25 / 03 / 2020
Nazirlər Kabinetindən qeyri-iş günləri ilə bağlı mühüm QƏRAR

Nazirlər Kabineti Azərbaycan ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar qəbul edib.

1news.az xəbər verir ki, bu barədə adıçəkilən qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. Məlumata əsasən, qərarda deyilir:

“1. Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilsin.

2. Müəyyən edilsin ki, bu Qərarın 1-ci hissəsi dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və bu Qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir”.

1news.az

Paylaş:
1336

Son xəbərlər

Bütün xəbərlər