AZAL Bakı-Naxçıvan-Bakı reysləri üzrə dövlət təyinatlı yükləri pulsuz daşıyacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL Bakı-Naxçıvan-Bakı reysləri üzrə dövlət təyinatlı yükləri pulsuz daşıyacaq

18:43 - 25 / 03 / 2020
AZAL Bakı-Naxçıvan-Bakı reysləri üzrə dövlət təyinatlı yükləri pulsuz daşıyacaq

Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə koronavirus infeksiyasının (COVID-19) yayılması ilə mübarizə ilə bağlı görülən tədbirlər çərçivəsində "Azərbaycan Hava Yolları" Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə bütün dövlət təyinatlı yüklərin prioritet qaydada və təmənnasız əsaslarla daşınmasını həyata keçirəcək.

Bu barədə 1news.az-a AZAL-ın mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, "AZAL" QSC-nin bütün struktur bölmələri gücləndirilmiş iş rejimində və hökumət qurumları ilə sıx əlaqədə işləməyə davam edirlər.

1news.az

Paylaş:
700

Son xəbərlər

Bütün xəbərlər