Ermənilər atəş açdı, sərhədçilərimiz onları susdurdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilər atəş açdı, sərhədçilərimiz onları susdurdu

13:00 - 27 / 03 / 2020
Ermənilər atəş açdı, sərhədçilərimiz onları susdurdu

27 mart tarixində 12:00 radələrindən başlamaqla Qazax ra­yo­nu istiqamətində sərhəd döyüş məntə­qələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyem­beryan rayonu­nun Boqanis kəndi yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iriçaplı si­lah­­lardan və snayper tüfəng­lərindən intensiv atəşə tutul­ub.

Dövlət Sərhəd Xidmətindən (DSX) 1news.az-a bildirilib ki, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş və snayper möv­qeləri cavab atəşi ilə susdurulub.

1news.az

Paylaş:
473

Son xəbərlər

Bütün xəbərlər