DİN: Sosial şəbəkələrdə BŞBPİ adından yayılan sənəd saxtadır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Sosial şəbəkələrdə BŞBPİ adından yayılan sənəd saxtadır - FOTO

20:44 - 27 / 03 / 2020
DİN: Sosial şəbəkələrdə BŞBPİ adından yayılan sənəd saxtadır - FOTO

Sosial şəbəkələrdə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Teymur Hacıyevin adından yayılan sənəd saxtadır.

1news.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

O qeyd edib ki, hazırda daxili işlər orqanları xüsusi rejimli karantin rejiminin tələblərindən irəli gələn məsələləri icra etməkdədir: "Sosial şəbəkələrdə yayılan bu məlumat yalandır. Vətəndaşları rəsmi olmayan məlumatlara inanmamağa çağırıram".

Qeyd edək ki, sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavini Teymur Hacıyevin adından yayılan sənəddə sabah saat 06:00-dan etibarən şəxsi avtomobillərin hərəkətinə və insanların küçəyə çıxmasına qadağa qoyulduğu yazılıb.

1news.az

Paylaş:
1130

Son xəbərlər

Bütün xəbərlər