“BakuBus”larda məsafənin gözlənilməsi üçün qaydalar tətbiq edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“BakuBus”larda məsafənin gözlənilməsi üçün qaydalar tətbiq edilib - FOTO

10:46 - 28 / 03 / 2020
“BakuBus”larda məsafənin gözlənilməsi üçün qaydalar tətbiq edilib - FOTO

Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, qaydalara əsasən mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub.

Sərnişinlərimizə anlayış göstərərək sosial məsafəni gözləmələrini tövsiyə edilir:

"Hörmətli sərnişinlər, yalnız zəruriyyət olduğu halda ictimai nəqliyyatdan istifadə edin".

1news.az

 

Paylaş:
876

Son xəbərlər

Bütün xəbərlər