Bakıda “Mercedes”lə “KamАZ” toqquşdu - 1 nəfər öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Mercedes”lə “KamАZ” toqquşdu - 1 nəfər öldü

11:03 - 28 / 03 / 2020
Bakıda “Mercedes”lə “KamАZ” toqquşdu - 1 nəfər öldü

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “КаmAZ” markalı yük avtomobili toqquşub.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 4 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

1news.az

Paylaş:
664

Son xəbərlər

Bütün xəbərlər