Yer kürəsinə Atlas kometi yaxınlaşır | 1news.az | Xəbərlər
Dünya

Yer kürəsinə Atlas kometi yaxınlaşır

14:02 - 30 / 03 / 2020
Yer kürəsinə Atlas kometi yaxınlaşır

Bu yaxınlarda aşkar edilmiş, rəsmi adı C/2019 Y4 olan Atlas kometi Yerə yaxınlaşır.

1news.az AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, Parlaqlığına görə Veneraya bərabər olan göy cismi son bir neçə gün ərzində daha parlaq olub. Bu tendensiya Atlasın Günəşə yaxınlaşması ilə artır.

poisknews.ru saytının məlumatına görə, hazırda kometi ulduzların 8-ci ölçü (orta ölçülü teleskopla görünən, lakin adi gözlər görünməyən) parlaqlığına aid edirlər. İşıqlanmanın intensivliyi belə sürətlə artarsa, Yer kürəsinə may ayında yaxınlaşması gözlənilən kometin parlaqlığı həmin vaxt 9-10 ölçüyə çata bilər. Astronomlar hesab edirlər ki, Atlası adi gözlə görmək mümkün olacaq.

Qafar Ağayev

Paylaş:
663

Son xəbərlər

Bütün xəbərlər