Bu qadağa deputatlara şamil edilməyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu qadağa deputatlara şamil edilməyəcək

12:31 - 30 / 03 / 2020
Bu qadağa deputatlara şamil edilməyəcək

Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı 65 yaşdan yuxarı insanlara tətbiq edilən məhdudiyyətlər deputatlara şamil edilməyəcək.

1news.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. 

Qanunun 5-ci maddəsinə aşağıdakı məzmunda 2-ci hissə əlavə edilir: 

“Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər Milli Məclisin deputatlarına şamil edilmir”.

Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

1news.az

Paylaş:
443

Son xəbərlər

Bütün xəbərlər