Ukrayna Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən qondarma “seçkiləri” pisləyib | 1news.az | Xəbərlər
Siyasət

Ukrayna Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən qondarma “seçkiləri” pisləyib

19:30 - 31 / 03 / 2020
Ukrayna Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən qondarma “seçkiləri” pisləyib

Ukrayna Xarici İşlər Nazirliyi martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən qondarma “seçkiləri” qətiyyətlə pisləyib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna XİN-dən məlumat verilib.

Ukrayna XİN-in bəyanatında qeyd olunur ki, bu qondarma “seçkilər”in nəticələri beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu üçün onun heç bir hüquqi əsası yoxdur.

Ukrayna Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır.

S.Xankişiyeva

 

Paylaş:
645

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər