Azərbaycan Milli Paralimpiya Komitəsi müsabiqə keçirir   | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Milli Paralimpiya Komitəsi müsabiqə keçirir  

19:40 - 31 / 03 / 2020
Azərbaycan Milli Paralimpiya Komitəsi müsabiqə keçirir  

Mövcüd vəziyyətlə əlaqədar ölkədə tədbiq olunan karantin müddətində yaradıcı insanların #evdəqal #evdəyarat hərəkatına qoşulmağını təşviq etmək məqsədi ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin talismanının (maskot) yaradılması üçün müsabiqəyə start verilir!

Müsabiqənin şərtləri:

Rəsmləri plakat və kompüter proqramlarından istifadə edərək hazırlamaq olar. Plakat üzərində olan rəsmlərin şəkillərini və kompüterdə hazırlanmış işləri [email protected] elektron ünvanına ad, soyad, ata adı, əlaqə nömrəsi və mövzuda “TALİSMAN” yazaraq göndərə bilərsiniz.

Müsabiqə 05 aprel 2020-ci il tarixdən başlayaraq, 01 may 2020-ci il tarixinədək davam edəcək.

Müsabiqənin qalibi və onun mükafatlandırılması Azərbaycan Milli Paralimpiya Komitəsinində təşkil olunacaq münsiflər heyətinin rəyinə əsas olaraq müəyyən ediləcək.

Qalib olaraq seçilmiş talisman rəsmi Azərbaycan Milli Paralimpiya Komitəsinin mülkiyyətinə keçir.

Əlavə məlumat üçün əlaqə telefonları: 

Azərbaycan Milli Paralimpiya Komitəsi: (012) 441 28 81

Əlaqələndirici şəxs: Leyli Yusifli

1news.az

 

Paylaş:
899

Son xəbərlər

Bütün xəbərlər