Bakı polisi: Sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı polisi: Sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir

10:33 - 01 / 04 / 2020
Bakı polisi: Sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir

Elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər davam etdirilir. 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, paytaxtda koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədi ilə sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları polis əməkdaşları ilə birgə xidmət aparırlar.

1news.az

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər