Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən tibb işçilərinə dəstək - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən tibb işçilərinə dəstək - FOTO

12:56 - 01 / 04 / 2020
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən tibb işçilərinə dəstək - FOTO

Martın 30-da Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sutan-zadə və mərkəzin heyəti Koronavirus (COVİD-19) ilə mübarizə aparan  təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə və tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə dəstəyə qoşulub.

1news.az-ın məlumatına görə, RUGİM-in əsas binasının Səbail rayonunda yerləşməsi nəzərə alınaraq Səbail rayonu 3 saylı Təcili Yardım Stansiyası, Səbail rayonu S. Əfəndiyev adına 2 saylı poliklinika və Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim heyətinə və tibb bacılarına koronovirusdan qorunmaq və sağlamlığın müdafiəsi məqsədilə gigiyenik vasitələrdən ibarət hədiyyə dəstləri təqdim edilib. Ümümilikdə 130 nəfər tibb işçisinə dəstək məqsədilə hədiyyələr verilib.

Dəstəyin məqsədi əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.

Qeyd edək ki, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi koronavirusla mübarizənin gücləndirilməsi və maarifləndimə işlərinin genişləndirilməsinə dair onlayn bir sıra proqramlar həyata keçirir.

1news.az

Paylaş:
1292

Son xəbərlər

Bütün xəbərlər