Neftin qiyməti qəfildən yüksəlib
Aprelin 2-də, cümə axşamı keçirilən hərracda “Brent” markalı neftin bir barrelinin qiyməti 33 dollara yüksəlib.
Yəni əvvəlki hərraca nisbətən 7,99 ABŞ dolları (25%) baha satılıb.
Həmçinin Nyu-York Əmtəə Birjasındakı (NYMEX) elektron hərrac zamanı WTI markalı neftin bir bareli 6,63 ABŞ dolları bahalaşaraq 27,2 ABŞ dollarına satılıb.
Bahalaşmaya səbəb, ABŞ prezidenti Donal Tramp da “Twitter”dəki hesabından neft hasilatının 15 milyon barel azala biləcəyini yazdıqdan sonra baş verib. Halbuki daha əvvəl Səudiyyə Ərəbistanı və Rusiyadan hasilatı 10 milyon barel azaltmağı gözlədiyini açıqlamışdı.
Həmçinin Səudiyyə Ərəbistanı hökumətinin neft hasilatını azaltmaqla bağlı yeni razılaşmanı müzakirə etmək üçün OPEC+ formatı çərçivəsində təcili görüş keçirəcəyinin gündəmə gəlməsi neft qiymətlərinin artmasına səbəb olub.