Windows 10-da dəyişiklik başladı: Control Panel ləğv ediləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Windows 10-da dəyişiklik başladı: Control Panel ləğv ediləcək

19:23 - 04 / 04 / 2020
Windows 10-da dəyişiklik başladı: Control Panel ləğv ediləcək

Microsoft, Windows 10-u təqdim etdiyi zaman ən bəyənilməyən tərəfi ayarların iki fərqli hissəyə bölünməsi idi. Yəni bəzi ayarlar Settings-də, bəziləri isə Control Panel-də idi. 

Control Panel, Windows 7 ilə həyatımıza girmişdi və çox sadə interfeysi olduğu üçün bəyənilmişdi. Ona görə də Microsoft, yavaş-yavaş Contron Panel-dəki ayar və tənzimləmələri Settings-ə inteqrasiya etməyə başladı. 

İnsider versiya olan yeni Windows 10 20H1 ( və ya 2004 ) -də artıq Control Panel-a daxil olmaq mümkün olmur.

İnsider versiya olan son Windows 10 2004 əməliyyat sistemində artıq Control Panel olsa da istifadə etmək mümkün olmur. Uzun zamandır bilinən bir şey idi ki, Microsoft artıq 2 ayrı ayar panelinə ləğv etmək istəyir. Beləliklə, stabil Windows 10 20H1 yenilənməsində artıq Control Panel olmaya bilər. Hal-hazırda Microsoft tərəfindən rəsmi olaraq təsdiqlənməsə də gedişat elə görünür.

Qeyd edək ki, Microsoft Windows 10-un 2004 versiyasında sistem daxili yaddaş disklərinin ( Hard Disk və ya SSD ) idarə olunması üçün istifadə edilən Disk Management panelini də yeni interfeys ilə yeniləcək. Görünən odur ki, yeni Windows 10 əvvəlkilərə nəzərən daha fərqli gələcək.

1news.az

Paylaş:
868

Son xəbərlər

“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56
Bütün xəbərlər