104 yaşlı müharibə veteranı koronavirusa qalib gəldi | 1news.az | Xəbərlər
Dünya

104 yaşlı müharibə veteranı koronavirusa qalib gəldi

20:01 - 04 / 04 / 2020
104 yaşlı müharibə veteranı koronavirusa qalib gəldi

İkinci Dünya müharibəsi veteranı, 104 yaşlı amerikalı Vilyam Lepşis ad günündə koronavirusu məğlub etdi.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, V.Lepşis koronavirusa Oreqon ştatının veteranlar evində yoluxub.

Xəstəliyin ilk simptomlarını martın 5-də hiss edən veteran bir aydan az müddətdə COVİD-19-dan tamamilə müalicə olunub. Aprelin 1-də isə V.Lepşis 104-cü ad gününü qeyd edib. Onun qohumlarından biri V.Lepşisin ispan qripindən, ABŞ-dakı böyük depressiyadan və İkinci Dünya Müharibəsindən salamat çıxmağı bacardığını vurğulayıb.

Bildirilir ki, Oreqon ştatının veteranlar evində 15 koronavirusa yoluxma halı qeydə alınıb, iki nəfər dünyasını dəyişib.

1news.az

Paylaş:
922

Son xəbərlər

Bütün xəbərlər