Azərbaycan Beynəlxalq Bankından özünüməşğulluğa dəstək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankından özünüməşğulluğa dəstək

12:30 - 08 / 04 / 2020
Azərbaycan Beynəlxalq Bankından özünüməşğulluğa dəstək

Azərbaycan Beynəlxalq Bankı aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramına qoşulub.

Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi bu proqram çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Burada məqsəd həmin ailələrə kiçik biznes qurmaq, yaxud mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Elə bu proqramın unikallığı da vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması, daimi məşğulluğa yönəlməsidir. Azərbaycan Beynəlxalq Bankı da kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda iştiraka başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq əsasında Bank özünün Sahibkarlar Klubu xəttilə 50-dək aztəminatlı ailəyə kiçik biznes qurmaqda dəstək verəcək. Həmin ailələri isə Dövlət Məşğulluq Xidməti müəyyən edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində də Azərbaycan Beynəlxalq Bankı həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində tədbirlər həyata keçirir. Bank artıq 3 aztəminatlı ailəyə kiçik sahibkarlıq müəssisəsi qurmaqdan ötrü lazımi avadanlıqların alınması üzrə sənədlər təqdim edib. Onlar karantin dövrü başa çatandan sonra fəaliyyətə başlayacaqlar. Belə ki, Bakının Nərimanov rayonu ərazisində yaşayan Etibar Vəliyev adlı vətəndaşa avtomobil şinlərinin təmiri ilə məşğul olmaqdan ötrü Azərbaycan Beynəlxalq Bankı lazımi avadanlıq alır. Daha bir vətəndaşımız Sabir Əliyev isə Bankın təqdim etdiyi avadanlıqla un məmulatları istehsal edərək özünün və ailə üzvlərinin məşğulluğunu təmin edə biləcək. Bank Sabunçu rayonunda yaşayan Müqabil Allahyarova da ailəsi ilə birgə broyler inkubatoru  biznesi ilə məşğul olmaqdan ötrü lazımi avadanlıq təqdim edir. Bankın öz işini qurmaqda kömək göstərdiyi vətəndaşlardan iki nəfərinin fiziki məhdudiyyətli, digərinin məcburi köçkün olması bu layihənin sosial dəyərini daha da artırır.

Azərbaycan Beynəlxalq Bankının korporativ istiqamət üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib:“Ölkənin ən böyük bankı kimi biz iri, orta və kiçik bizneslərlə yanaşı, ailə biznesinə də dəstək veririk. Özünüməşğulluq proqramı üzrə yerinə yetirdiyimiz layihələr, həssas əhali qruplarının, aztəminatlı ailələrin məşğulluq məsələlərinin həlli ilə yanaşı, biznesin inkişafına da əlverişli mühit yaradır. Sahibkarlar Klubumuz da özünəməşğulluq proqramı çərçivəsində öz işini quran kiçik sahibkarlara mümkün köməyi göstərməyə hazırdır”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

Paylaş:
824

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər