Rusiya XİN: Rəsmi Moskva Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır | 1news.az | Xəbərlər
Dünya

Rusiya XİN: Rəsmi Moskva Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır

22:51 - 09 / 04 / 2020
Rusiya XİN: Rəsmi Moskva Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır

Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır.

AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirilmiş mətbuat konfransında söyləyib.

M.Zaxarova Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər” barədə suala cavab verərək bildirib ki, bu “seçkilər”lə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı var və bu sənədlə qurumun saytında tanış olmaq mümkündür.

Rusiya XİN-in rəsmi nümayəndəsi, həmçinin bildirib: “Bilirsiniz ki, Rusiya Federasiyası Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Dağlıq Qarabağın statusu siyasi danışıqlar yolu ilə müəyyən edilməlidir və ATƏT-in Minsk qrupu bununla, yəni, problemin kompleks həlli ilə məşğuldur. Eyni zamanda, hesab edirik ki, nizamlanma prosesinin gedişi adıçəkilən tədbirdən hər hansı dərəcədə asılı deyil”.

S.Xankişiyeva

 

Paylaş:
703

Son xəbərlər

Bütün xəbərlər