Bu gündən Türkiyədə küçəyə çıxmaq qadağan olundu | 1news.az | Xəbərlər
Dünya

Bu gündən Türkiyədə küçəyə çıxmaq qadağan olundu

13:35 - 11 / 04 / 2020
Bu gündən Türkiyədə küçəyə çıxmaq qadağan olundu

Bu gündən etibarən Türkiyədə küçəyə çıxmaq qadağan olunub.

1news.az-ın türk mətbuata istinadla verdiyi xəbərə görə, bu qərar ölkənin 31 şəhərinə şamil edilib.

Türkiyənin Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib:

“Aprelin 10-u saat 00:00-dan etibarən Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbakır, Erzurum, Eskişehir, Gaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van və Zonguldak şəhərlərində yaşayan bütün vətəndaşların küçəyə çıxması qadağan edilib”.

Qeyd edək ki, aprelin 11-nə olan məlumata əsasən, Türkiyədə ümumilikdə 47 029 nəfər koronavirusa yoluxub, onlardan 1 006 nəfəri vəfat edib.

Türkiyədə koronavirus qurbanlarının sayı 1 000-i ötdü

S.Xankişiyeva

 

 

Paylaş:
839

Son xəbərlər

Bütün xəbərlər